ELM VƏ TƏHSİL
Məşhur mentor Bakı Mühəndislik Universitetində
Bakı, 10 mart, AZƏRTAC
ABŞ-da yaşayan iş adamı, sosial sahibkarlıq sahəsində tanınmış mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-dan AZƏRTAC-a bildiriblər ki, qonaqla keçirilən görüşdə universitetin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri və potensial imkanları haqqında geniş məlumat verib.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra K.Elahian universitetin müəllim və tələbələri qarşısında təqdimatla çıxış edib. Yüz milyonlarla ABŞ dolları dəyərində 10 fərqli şirkətin təsisçisi K.Elahian həyatda qazandığı təcrübələri bölüşüb və dünyada cərəyan edən innovativ proseslər, o cümlədən gələcəkdə gözlənilən texnoloji yeniliklər barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Universitetin laboratoriya imkanları ilə də tanış olan qonaq BMU Texnoparkındakı dəstəklənən startap komandaları və rezidentlərlə görüşüb.