DÜNYA


Məşhur ukraynalı boksçu karyerasına son qoyduğunu bəyan edib

Kiyev, 3 avqust, AZƏRTAC

Ağır çəki üzrə sabiq dünya çempionu, tanınmış boksçu Vladimir Kliçko karyerasına son qoyduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Kliçko bu bəyanatla öz rəsmi saytında çıxış edib.

Kliçko videomüraciətində qeyd edib ki, bundan sonra da həyatında yeni uğurlar qazanacağına əmindir. O, idmandakı uğurlarına görə azarkeşlərinə təşəkkür edib.

Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb. O, WBO, IBO, IBF və WBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib qazanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.