DÜNYA


Messencerlərin auditoriyası sosial şəbəkə istifadəçilərinin sayını ötüb

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Dörd ən populyar messencer istifadəçilərinin ümumi sayı ilk dəfə eyni sayda ən nüfuzlu sosial şəbəkələrin auditoriyasını ötüb. “BI Intelligence” şəbəkə biznes resursunun mütəxəssislərinin hesablamaları bunu deməyə əsas verir.

AZƏRTAC “vistanews.ru” saytına istinadən xəbər verir ki, portalın mütəxəssislərinin fikrincə, messencerlər sosial şəbəkələrdən daha rahatdır. Bundan başqa, onlar hesab edirlər ki, marketoloqlar messencerlərlə işləməyə üstünlük verirlər. Həmçinin məlumata görə, sosial şəbəkələr gənc auditoriya arasında bir o qədər populyar deyil.

Mütəxəssislər, həmçinin bildiriblər ki, indi marketoloq və media şirkətləri “Facebook” və “Twitter” kimi sosial şəbəkələrlə əməkdaşlığa üstünlük verirlər. Ancaq vaxt keçdikcə bu vəziyyət messencerlərin xeyrinə dəyişə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.