İDMAN


Messi 550-ci matçını keçirib

Bakı, 13 dekabr, AZƏRTAC

Futbol üzrə Argentina millisinin və “Barselona” futbol klubunun ulduzu Lionel Messi yubiley matçını keçirib.

AZƏRTAC xəbər verir ki, La Liqada “Osasuna”ya qarşı matç argentinalı hücumçunun klubun heyətində 550-cü oyunu olub.

Messinin iki dəfə fərqləndiyi qarşılaşma “Barselona”nın 3:0 hesablı qələbəsi ilə bitib.

Argentina millisinin üzvü “katalon”ların heyətində Xavi (767 oyun), Andres İnyesta (605) və Karles Puyoldan (593) sonra ən çox oyun keçirən dördüncü oyunçudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.