İDMAN
Messi FIFA-nın qala-gecəsinə qatılmayacaq
Bakı, 9 yanvar, AZƏRTAC
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi FIFA versiyası üzrə təşkil ediləcək 2016-cı ilin ən yaxşı futbolçusu qala-gecəsində iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, belə bir açıqlama Kataloniya klubundan verilib. Məlumata görə, argentinalı ulduzla yanaşı, FIFA-nın 2016-cı il üçün rəmzi yığmasına namizədlər - Andres İnyesta, Luis Suares və Jerar Pike də mükafatlandırma mərasiminə qatılmayacaq. “Barselona”dan bu addımın futbolçuların İspaniya kubokunda “Atletik Bilbao” ilə cavab oyununa hazırlıq məqsədilə atıldığı bildirilib. İlk görüşdə Luis Enrikenin komandası 1:2 hesabı ilə məğlub olmuşdu.
Xatırladaq ki, Messi ilə yanaşı, ilin futbolçusu adına namizədlər arasında Madridin “Real” klubunun forvardı Kriştiano Ronaldo və “Atletiko” komandasından Antuan Qrizmann yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]