İDMAN


Məsud Özil “Barselona”ya transfer olunmaq istəyir

Bakı, 13 avqust, AZƏRTAC

İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özil gələn mövsüm komandadan ayrılmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunda İspaniyanın “Barselona” klubuna transfer olunmaq istəyir. Futbolçunun hazırkı komandası ilə müqaviləsinin gələn il bitəcəyi və onun yeni sözləşməni qəbul etmədiyi bildirilir. Arda Turanla yollarını ayırmağa yaxın olan katalonların bu transfer istəyini müsbət qarşıladığı qeyd edilib.

Xatırladaq ki, M.Özil 2013-cü ildə İspaniyanın “Real Madrid” komandasından “Arsenal”a transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.