Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin yeni layihəsi olan “Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş ikiyaşlı Zəhra Quliyevanın timsalında erməni vandalizminin qurbanı olan günahsız körpələrin xatirəsinə həsr edilmiş əsərin sözləri layihə müəllifinə, bəstəsi və aranjimanı isə Fərahim Sadiqə məxsusdur. Elegiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solist-vokalçılarından olan Əməkdar Artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əsgər xorunun ifasında lentə alınıb.

Əlahiddə Ümumqoşun Ordunun, qoşun növləri və qisimlərinin, eləcə də birlik, birləşmə, hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin, psixoloqların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin erməni təcavüzü nəticəsində öldürülən dinc əhalinin-uşaqların, qocaların, qadınların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, 200 ildən çoxdur ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. Bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar. Cəzasız qalan erməni faşistləri “Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması Xocalıda, Qaradağlıda, Malıbəylidə, Meşəlidə törədilmiş erməni qəddarlığının davamıdır.

Nəzərə çatdırılıb ki, Silahlı Qüvvələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir.

General-mayor R.Əliyev qeyd edib ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır. Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar.

İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib. Vurğulanıb ki, nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihədə erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.

Müdafiə Nazirliyinin zabiti A.Qurbani layihənin ideyası, məzmunu barədə ətraflı məlumat verərək yaradıcı qrupu tədbir iştirakçılarına təqdim edib, Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasında bu elegiyanın motivləri əsasında “Məsum Zəhra” qısametrajlı filminin artıq çəkilişlərinə başlanıldığını nəzərə çatdırıb.

Əməkdar Artist Cahangir Qurbanov və əsgər xorunun ifasında elegiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bütün xalqımız kimi onunda Alxanlı faciəsindən, dinc əhalinin atəşə tutulmasından sarsıldığını bildirib, Prezident İlham Əliyevin tapşırığına əsasən bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.

ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikləri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irəli sürdüyünü də vurğulayan Milli Məclis sədrinin müavini füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, dövlətimizin başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib.

Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının gündən-günə daha da yüksəldiyindən fərəh hissi ilə danışan B.Muradova hərbi qulluqçuların vətənpərvərlik, Vətənə, dövlətə sədaqət ruhunda formalaşması, eləcə də mülki əhalinin bu istiqamətdə tərbiyə olunması məqsədi ilə Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini xüsusi ilə qeyd edib, iştirakçısı olduğu “Horadizdə zəfər yürüşü”, “Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri!” tədbirlərini xatırlayıb.

Təqdim edilən elegiyanın aktuallığını və böyük əks-səda doğuracağına əminliyini bildirən B.Muradova yaradıcı heyətə uğurlar arzulayaraq deyib: “Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaq”.

Cəbhə bölgəsindən gələn zabit Elşad Əbilov faciənin baş verdiyi günü xatırlayaraq yerli əhalinin əsl vətənpərvərlik, təmkin, dözüm nümayiş etdirdiyini, bir nəfərin də kəndi tərk etmədiyini və əli silah tutan hər kəsin intiqam hissi ilə coşduğunu və döyüşçülərə qoşularaq düşmənə qarşı vuruşmağa hazır olduqlarını qeyd edib.

Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri Asif Rüstəmli Müdafiə Nazirliyinin bu kimi layihələrinin həmişə aktual və əhəmiyyətli olduğundan danışıb.

Elegiyanın sözləri ilə musiqisinin bir-birini tamamladığını, ifaçının peşəkarlığını və əsərin ümumilikdə qırğına, terrora, erməni vandalizminə qarşı etiraz notası olduğunu qeyd edən tədqiqatçı-alim “Məsum Zəhra” qısametrajlı filminin tezliklə başa çatacağına və geniş tamaşaçı auditoriyasına çıxarılacağına əminliyini bildirib.

Qonaqlara və tədbir iştirakçılarına “Məsum Zəhra” elegiyası yazılmış disklər təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb