İDMAN


Məsut Özil Çempionlar Liqasında “həftənin oyunçusu” seçilib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

İngiltərənin “Arsenal” klubunun türk əsilli alman oyunçusu Məsut Özil UEFA Çempionlar Liqasının 4-cü həftəsinin “ən yaxşı oyunçusu” seçilib.

AZƏRTAC Çempionlar liqasının internet səhifəsinə istinadla xəbər verir ki, “Arsenal” klubunun səfərdə “Ludogorets” komandası üzərində 3:2 hesablı qələbə qazandığı oyunda bir qol vuran və bir məhsuldar ötürmə edən Məsut Özil azarkeşlərin 26 faizinin səsini qazanıb. Beləliklə də o, Gareth Bale (17 faiz), Robert Lewandowski (17 faiz), Radamel Falcao (15 faiz), Kevin De Bruyne (13 faiz), Antoine Griezmann (10 faiz), Gonzalo Higuain (2 faiz) və Adrian Ramosu (1 faiz) qabaqlayaraq “həftənin oyunçusu” adına yiyələnib.

Cari mövsümdə keçirilən 14 oyunda 7 qol vuran və 4 məhsuldar ötürmə edən 28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında 4 qolun və 2 məhsuldar ötürmənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.