DÜNYA


Metallica musiqi qrupu son 8 ildə ilk dəfə yeni albomunu çıxaracaq

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Əfsanəvi Metallica musiqi qrupunun 18 noyabrda işıq üzü görəcək yeni albomu “To Self-Destruct” (Özünü məhv edənlərə) adlanır.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ötən gün alboma daxil olan “Hardwired” (Simlə bərk sarılmış) sinqlın təqdimatını keçirən qrup üzvləri yeni albomun çox uğurlu alındığını və yüksək gözləntilərinin olduğunun bildirib. Qrupun 10-cu studiya albomuna ümumilikdə 12 mahnı daxil edilib. Metallica qrupunun rəsmi Youtube kanalında artıq sinqlın klipi də yerləşdirilib.

Qeyd edək ki, Metallica qrupunun 2008-ci ildə buraxılmış “Death Magnetic” (Ölümcül cəzbetmə) albomu Amerika Səsyazma Studiyaları Assosiasiyası tərəfindən iki dəfə platin disk mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.