İQTİSADİYYAT
Metanol əsaslı enerji elementlərinin yeni nəsli təqdim olunub
AZƏRTAC “Azmeco” metanol şirkətinə istinadla xəbər verir ki, yeni məhsul metanol əsasında işləyir və etibarlı, davamlı, habelə texniki xidmət və təmirin daha asan olması üçün onun üzərində bir sıra təkmilləşdirmə işləri aparılıb. Bu, həmin sistemləri dünya üzrə tətbiq edən telekommunikasiya operatorları üçün vacib üstünlüklərdir. Şirkətin məhsul idarəçiliyi üzrə direktoru Toni Kokreynin dediyinə görə, bu yeni məhsul, daha yüksək etibarlılığı və daha sərfəli olması ilə yanacaq elementlərinin mövqeyini möhkəmlədəcək.
Məhsulun davamlılığı həm korroziya əleyhinə örtüyün sistemin bir çox komponentlərində geniş şəkildə istifadə olunması, həm də yanacaq səviyyəsi sensorunun və maye axını kanallarının təkmilləşdirilməsi hesabına artırılıb.
Nəhayət, texniki xidmət və təmir, proqram təminatına əlavə funksiyalar artırmaqla yanaşı, komponentlər də təkmilləşdirilib.
Metanol əsaslı yanacaq elementləri, yüksək enerjili yanacaq olan metanolu birbaşa elektrik enerjisinə çevirə bilən, ekoloji cəhətdən təmiz cihazlardır. Onlar kompyuter, mobil telefonlar, hərbi texnika və yanacaq elementləri ilə qidalanan, “Samsung” və “Toshiba” kimi aparıcı istehsalçılar tərəfindən yaradılan digər cihazlar üçün enerji mənbəyi hesab olunur.