CƏMİYYƏT


Mətbuat Şurasının məlumatı

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu Müsavat Partiyasının metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Monitorinq zamanı əsasən kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılmış şərait nəzərdən keçirilib. Mövcud istiqamətdə hər hansı nöqsan qeydə alınmayıb.

İkinci diqqət yetirilən cəhət jurnalistlərin maneəsiz şəkildə peşə vəzifələrini icra etmələri olub. Bununla əlaqədar da hər hansı problem olmayıb. Aksiyanı işıqlandıran media nümayəndələrindən monitorinq qrupunun üzvlərinə müraciət edilməyib.

Monitorinqdə həmçinin jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olmalarına diqqət yetirilib. Bu baxımdan vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, mitinqi işıqlandıran media təmsilçilərinin çox az qismi aksiya iştirakçılarından fərqlənib.

Mətbuat Şurası bildirir ki, jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olmaları yarana biləcək hər hansı xoşagəlməz durumda onların hüquqlarının müdafiəsi baxımından vacib məqamdır. Buna görə də Şura KİV rəhbərlərini mitinqlərə və digər kütləvi aksiyalara əməkdaş göndərərkən məsələyə diqqət yetirməyə çağırır.

Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkcələrin hazırlanmasına başlayıb. Yaxın zamanlarda həmin gödəkcələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.