İDMAN


Metehan Başar: Azərbaycan istənilən turnirə yüksək səviyyədə ev sahibliyi edə bilər

Bakı, 7 mart, AZƏRTAC

Yarışlarda iştirak etmək üçün bir neçə dəfə Bakıda olmuşam. Amma “Bakı-2015” ilk Avropa Oyunları yaddaşımda xoş xatirələrlə zəngin bir iz qoydu. Mən Oyunların bürünc medalını qazandım.

AZƏRTAC “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri türkiyəli güləşçi Metehan Başar deyib.

“Birinci Avropa Oyunları zamanı Bakını bir daha kəşf etdim. Biz qardaş ölkələrik və bu, bizim üçün çox əhəmiyyətlidir. “Bakı-2015”də idmançılara xidmət, bir sözlə təşkilatçılıq möhtəşəm idi. Bu, onu göstərir ki, Azərbaycan istənilən mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edə bilər.

Hazırda biz azərbaycanlı güləşçilərlə təlim-məşq toplanışındayıq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırıq. Növbəti həftələr ərzində bir neçə yarışda iştirak edəcəyik və sonra Bakıya yola düşəcəyik. “Bakı-2017”nin dörd əsas dəyərinə gəldikdə, mən “Birliyi” seçirəm. Azərbaycan ilə Türkiyənin daim dost olmasını arzu edirəm”, - deyə güləşçi əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.