İQTİSADİYYAT


Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol salınıb

Bakı, 12 avqust, AZƏRTAC 

Metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsi salınıb.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Yeni yol hissəsinin salınması metronun “Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, avtonəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq. Yeni yol hissəsinin ümumi uzunluğu 44, eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyada səkisi də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

Bakı şəhərində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş-gəlişini təmin etmək üçün kompleks tədbirlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.