İQTİSADİYYAT


Metronun “Neftçilər” stansiyasının keçidlərində təmir işləri başa çatıb

A+ A

Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb.

Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, “Neftçilər” metro stansiyasının hər iki keçidində təmir işləri artıq yekunlaşıb. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirilib.

N.Paşayev qeyd edib ki, hazırda “Qara Qarayev” metro stansiyasının keçidlərində təmir işləri aparılır. Keçidlərdən birində artıq mərmərlərin düzülməsinə başlanılıb. Digər keçiddə də paralel olaraq təmir işləri davam etdirilir. O, təmir zamanı keçidlərin sərnişinlər üçün bağlanmadığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.