İQTİSADİYYAT


Metronun "Neftçilər" stansiyasının qarşısındakı yolda hərəkət bərpa olunur VİDEO

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. İşlər bitən kimi metronun “Neftçilər” stansiyasının qarşısındakı hissə istifadəyə veriləcək.

Həmçinin prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən uzunluğu 750 metr, eni isə 12 metr olan köməkçi yolda təmir işlərinə də başlanılacaq. Buna görə köməkçi yol iyulun15-dən etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 kilometrlik hissəsi yüksək səviyyədə təmir edilib. Burada ikiqat olmaqla 30 min kvadratmetr sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, bir metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.