İQTİSADİYYAT
“Metrovaqonmaş” Bakı metropoliteninə yeni tipli elektrik qatarları göndərməyə başlayıb
Bakı, 29 mart, AZƏRTAC
“Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC 81−760Б/761Б/763Б modelli vaqonlardan ibarət yeni tip elektrik qatarları göndərməyə başlayıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ilk iki qatar Azərbaycana martın sonunda yola salınacaqdır. Aprel ayında daha bir qatarın göndərilməsi nəzərdə tutulub.
Kontrakta görə, Bakı metropoliteni hər biri 5 vaqondan ibarət 3 qatar alacaqdır. Hər bir qatarın 81-760Б modelli iki əsas motor vaqonu, 81-761Б modelli iki aralıq motor vaqonu və 81-763Б modelli bir aralıq motorsuz vaqonu vardır. Sifarişçinin tələbi ilə vaqonların hər iki tərəfə keçidi var, lakin 81-760A/761A/763 vaqonlarından ön tərəfindəki dəyişikliklə, salonlarının interyeri və başqa rəngdə olması ilə fərqlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]