CƏMİYYƏT


Metroya bomba qoyulması barədə yalan məlumat vermiş şəxs tutulub

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs Bakı metrosunun “20 Yanvar” stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə məlumat verib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyənləşdirilib.

Metropolitendə Polis Şöbəsinin və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.