DÜNYA
“Metyu” qasırğası 100 mindən çox uşağı məktəbsiz qoyub
Bakı, 11 oktyabr, AZƏRTAC
“Metyu” qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb.
Anadolu agentliyinin məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib.
BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]