DÜNYA


“Metyu” qasırğası qurbanlarının sayı 264 nəfərə çatıb VİDEO

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Haitinin Cənub departamentində “Metyu” qasırğası qurbanlarının sayı 264 nəfərə çatıb.

Anadolu agentliyinin məlumatına görə, haitili rəsmilər sürəti saatda 233 kilometrə çatan qasırğada həlak olanların sayının getdikcə daha da artacağını söyləyirlər. “Metyu” qasırğasının ölkədə 2010-cu ildəki zəlzələdən sonra baş verən ən böyük fəlakət olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri isə qasırğanın infrastruktur, kənd təsərrüfatı və evlərdə ağır fəsadlara yol açdığını, təxminən 350 min insanın bu təbii fəlakətdən zərərə çəkdiyini qeyd ediblər.

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir. ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.