DÜNYA


“Microsoft” “Edge” brauzerinin sonuncu versiyasını nümayiş etdirib

Bakı, 2 fevral, AZƏRTAC

“Microsoft” korporasiyası “Windows 10 Creators Update” yenilənməsinin sonuncu versiyasının buraxılışını tədricən başa çatdırır. Fevralın 2-də “Edge” brauzerinin sonuncu dəyişiklikləri nümayiş olunub. Başlıca görünən fərq menyu, tarixçə və açıq səhifə tab-vərəqələrinin işinin təşkilidir. Onların hamısı daim istifadəçinin gözünə görünməsə də, tez açılır və bir sıra funksiyalardan istifadəyə imkan verir. Məsələn, müəyyən müddət üçün bütün tab-vərəqələri açmaq, internet saytının görünüşünə əvvəlcədən baxmaq və funksiyaları quraşdırmaq mümkündür.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, “Microsoft” uzun müddət “Edge”də genişlənmənin dəstəyini tətbiq etməyib, lakin “Creators Update” ilə proqram tərtibatçıları yeni imkanların həyata keçirilməsi üçün genişləndirilmiş alətlər dəsti əldə edəcəklər.

Digər vacib yenilik “WebVR” platformasının dəstəklənməyə başlanılmasıdır ki, bu da video və digər multimedia kontentinə bilavasitə “Edge” brauzeri vasitəsilə baxmaq üçün virtual reallıq qurğularının dəstəklənməsi deməkdir.

ABŞ istehsalçısı “Windows 10” əməliyyat sistemi üçün “Creators Update” yenilənməsinin sonuncu versiyasının buraxılış tarixi barədə məlumat verməsə də, bunun apreldə baş tutacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.