DÜNYA


“Microsoft PowerPoint” təqdimatları real vaxtda tərcümə edəcək

Bakı, 13 iyul, AZƏRTAC

“Microsoft” korporasiyası təqdimatların real vaxt rejimində tərcüməsini təmin edən “Presentation Translator” proqramını istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, məlumata görə, “Presentation Translator” mayda “Microsoft Build 2017” konfransında nümayiş olunub və “PowerPoint” proqramı üçün əlavədir. Əlavə yükləndikdən sonra “PowerPoint” təqdimatları bir dildən digərinə və əksinə, avtomatik tərcümə etməyə başlayır.

Məruzəçi təqdimatlarda subtitrlərin daha aydın görünməsi üçün onları həm istifadə olunan dildə, həm də dünyanın 60 dilinə tərcümədə avtomatik əlavə edə bilər. Təqdimat dinləyiciləri “Microsoft Translator” vasitəsilə subtitrləri qurğularda seçilmiş dillərdə oxuya və ya slaydları tərcümə edərək onların formatını saxlaya biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.