DÜNYA
“Microsoft” rəsmən “Windows Server 2016” platformasını təqdim edib
Bakı, 17 oktyabr, AZƏRTAC
“Microsoft” korporasiyası “Windows Server 2016” server platformasının yeni versiyasını təqdim edib.
AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, “Windows Server 2016”nın əsas özəlliyi təhlükəsizlik sisteminin yenilənməsi olub. “IDC” tədqiqat şirkətinin məlumatına əsasən, 2016-cı ildə dünyada mütəşəkkil kibercinayətkarlıqdan şirkətlərə dəyən zərərin həcmi 650 milyard dollardan çox təşkil edəcək, 2020-ci ilə isə bu göstərici 1 trilyon dolları ötəcək.
Yeni “Windows Server 2016” server platformasında təhlükə və şübhəli fəaliyyətin operativ aşkar edilməsi alətləri, “BitLocker”in köməyi ilə virtual maşınların şifrlənməsi, “Credential Guard” administratorlarının hesablarının qorunması, həmçinin “Hyper-V”də konteyner proqramları üçün təhlükəsizlik sistemi idarəetməsi imkanları əlçatan olub.