DÜNYA


“Microsoft” şirkəti Belarus biznesi üçün yeni kibertəhlükələr barədə xəbərdarlıq edir

A+ A

Minsk, 14 sentyabr, AZƏRTAC 

“Microsoft” şirkətinin mütəxəssisləri bildirirlər ki, kibercinayətlərin artması qeyri-leqal proqram təminatından istifadə olunması ilə bağlıdır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarusda yeni biznes mövsümünün başlanması ilə əlaqədar olaraq korporativ kompyuterlərə və veb-saytlara kiberhücumların sürətli artımı müşahidə edilir.

BSA Assosiasiyasının apardığı araşdırma nəticəsində məlum olub ki, respublikada proqram təminatının 85 faizi qeyri-leqaldır. Bu isə kiçik və orta biznes, habelə Belarusun maliyyə sektoru üçün kiberhücumlar ehtimalını artırır. Bundan başqa, “Kasperski laboratoriyası”nın sifarişi ilə “B2B International” şirkətinin apardığı təhlil göstərir ki, 2016-cı ilin birinci yarısında Belarusda hər korporativ kompyuter təxminən beş dəfə zərərli proqramların hücumuna məruz qalıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.