ELM VƏ TEXNOLOGİYA


“Microsoft” süni intellektin yaradılması üçün yeni platforma istifadəyə verib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC 

“Microsoft” korporasiyası qapalı sınaqlardan sonra “Project Malmo” platformasında “Minecraft” kompyuter oyununun xüsusi versiyasını işə salıb. İndi hamı özünü süni intellektin hazırlanmasında sınaya bilər. Artıq “GitHub” resursunda yerləşən proqramı yükləmək mümkündür.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, proqramın hazırlanmasının və ondan açıq istifadənin təqdim edilməsinin əsas məqsədi istifadəçilərlə birlikdə mürəkkəb vəzifələri yerinə yetirə biləcək mükəmməl süni intellekt yaratmağa səy göstərməkdir.

Qeyd edək ki, bu ilin martında “Minecraft”ın proqramlaşdırmaya kömək üçün nəzərdə tutulan versiyası təqdim olunub. Layihə müəllifləri proqramdan süni intellektə malik personajların sınağı üçün platforma kimi istifadəni təklif ediblər. İlk vaxtlar az istifadə olunan versiya hazırda populyarlıq qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.