İQTİSADİYYAT


“Microsoft”un gəliri azalıb

A+ A

Bakı, 20 iyul, Nihad Budaqov, AZƏRTAC 

Texnologiya nəhəngi “Microsoft”un illik gəliri 2009-cu ildən bu vaxtadək ilk dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, şirkətdən edilən şərhdə 2016-cı maliyyə təqviminin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında “Microsoft”un gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollar olduğu bildirilir. Şirkət 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. “Microsoft” keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.