ELM VƏ TƏHSİL


Mikayıl Cabbarov: Cari ildə tələbələrin sayı 160 minə çatıb

Bakı, 1 noyabr, AZƏRTAC

Hazırda ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar 1990-cı illə müqayisədə iki dəfədən çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov ikinci Azərbaycan Elm Festivalının açılış mərasimindəki çıxışında deyib.

Nazir diqqətə çatdırıb ki, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur. Onlardan 11 min 874-ü fəlsəfə doktoru, 2 min 495-i isə elmlər doktorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.