ELM VƏ TƏHSİL


Mikayıl Cabbarov: Magistraturaya qəbul olunanların  sayı ötən ilə nisbətən 34 faiz artıb

Bakı, 7 iyul, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov iyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “məzun günü”ndə deyib.

Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.

Tədbirdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.