ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun doktorantları qrant layihəsinin qalibi olublar
Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun doktorantları Gülnarə Həsənova və Əfsanə Hüseynova World Federatıon of Scientists təşkilatının təsis etdiyi qrant layihəsinin qalibi olublar.
Mikrobiologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində G. Həsənova “Polimer zəncir reyaksiyası metodu ilə mikroorqanizmlərin öyrənilməsi və mikromisetlərin inkişafı üçün optimal şəraitin seçilməsi”, Ə. Hüseynova isə “Bəzi bitki tullantılarının biokonversiyasının biotexnoloji əsasları” mövzusu üzrə iş aparacaqlar.
Layihə World Federatıon of Scientists təşkilatının maliyyə dəstəyi ilə bir il müddətinə həyata keçiriləcək. Hər iki layihə Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun rəhbərliyi ilə reallaşdırılacaq.