CƏMİYYƏT
Mikroblar əleyhinə preparatlara davamlılıq səhiyyə sistemində ciddi təhlükədir
Bakı, 16 sentyabr, AZƏRTAC
Bir çox bakteriya, parazit, virus və göbələklər antibiotiklərə, o cümlədən vərəm və malyariyaya qarşı dərman vasitələrinə davamlılıq göstərir. Nəticədə standart müalicə üsulları öz effektivliyini itirir, infeksiyanın sürətlə yayılması riski isə artır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu problem Dünya Səhiyyə Təşkilatının (DST) diqqət mərkəzindədir. Qurumun ekspertləri qeyd edirlər ki, mikroblar əleyhinə preparatlara davamlılıq səhiyyə sistemində ciddi təhlükədir. Bu, bir çox ölümcül təhlükəli infeksiyanın qarşısını almaq, müalicə etmək imkanlarını azaldır. Məsələn, hər il dərmanlara davamlı olan 480 min vərəmə yeni yoluxma halı l qeydə alınır. Bir çox hallarda malyariyaya qarşı dərman preparatları artıq İİV/QİÇS-ə qarşı fəaliyyət göstərmir.
Sentyabrın 21-də BMT-nin mənzil-qərargahında Baş Assambleyanın mikroblar əleyhinə preparatlara davamlılıq probleminə həsr olunmuş yüksək səviyyəli iclası keçiriləcək.