CƏMİYYƏT


Mikrorayonlarda abadlıq-quruculuq işləri davam etdirilir

Bakı, 5 iyul, AZƏRTAC

Bakının Nəsimi rayonunda abadlıq-quruculuq işləri ilə bağlı bir sıra layihələr həyata keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Sağlamlığın və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə 4-cü mikrorayonda yerləşən Mir Cəlal küçəsi boyunca keçirilən növbəti iməcilik zamanı ərazi müxtəlif məişət tullantılarından, alaq otları və kollardan təmizlənib, mövcud yaşıllıqlara qulluq edilib və digər təmizlik işləri aparılıb.

Həmin küçədə 54 və 56 nömrəli binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, məişət tullantıları daşınıb, qanunsuz quraşdırılmış konstruksiya və alaçıqlar sökülüb, mövcud ağaclar budanıb və həyətlərdə səliqə-sahman yaradılıb.

Mikrorayonlarda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərini sakinlər razılıqla qarşılayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.