İDMAN


Milad Beigi Harçeqani: Bakı Qran-prisində qalib gəlmək heç də asan olmadı

Bakı, 10 dekabr, Elşad Qəzvini, AZƏRTAC

Bakı Qran-prisində finala yüksəlmək və turnirin qızıl medalçısı olmaq heç də asan olmadı. Bu, düzgün məşq və hazırlıq prosesinin nəticəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində taekvando üzrə Azərbaycan yığmasının üzvü - Bakı Qran-prisinin qalibi Milad Beigi Harçeqani söyləyib.

Mükafatlandırma mərasimi sonrası fikilərini bölüşən M.Harçeqanı qızıl medal qazanmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirərək deyib: “Biz bu yarışa yaxşı hazırlaşmışdıq. Üzərimdə əməyi olan hər kəsə, xüsusən də məşqçimə təşəkkür edirəm”.

Taekvandoçumuz vurğulayıb ki, qarşıdan gələn turnirlərdə və eləcə də Bakıda keçiriləcək IV İslam Həyrəylik Oyunlarında da mükafat qazanmaq üçün bütün gücünü səfərbər edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.