CƏMİYYƏT


“Milad xeyriyyə bazar”ında Azərbaycan stendi maraqla qarşılanıb

Podqoritsa, 11 dekabr, AZƏRTAC 

Dekabrın 10-da Monteneqrodakı diplomatik korpusun iştirakı ilə “Milad xeyriyyə bazar”ı keçirilib.

Xeyriyyə yarmarkası monteneqroluları xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış etmək, habelə iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitin Monteneqronun uşaq evləri və xəstəxanalarına köçürülməsi məqsədi daşıyıb.

Yarmarkada ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzi ilə birgə iştirak edib. Azərbaycan üçün ayrılmış stenddə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, “Bakı” jurnalı, Monteneqro dilinə tərcümə edilmiş Azərbaycan uşaq şeirlərinin toplandığı “İzvor Radosti” (“Sevinc Qaynağı”) nəşri, milli mətbəximizin və incəsənətimizin nümunələri, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş olunub. Milli suvenirlərimiz, mətbəximizin dadlı təamları, xüsusən paxlava və şəkərbura iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan stendinə yaxınlaşan Monteneqro rəsmilərinə burada nümayiş olunan məhsullar haqqında məlumat verilib.

Xeyriyyə bazarında Azərbaycanın təqdimatı yerli KİV-lərdə geniş işıqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.