DÜNYA
Milan Xovanetsin fikrincə, Avropa İttifaqı-Türkiyə razılaşmaları iflasa uğraya bilər
Praqa, 5 noyabr, AZƏRTAC
Çexiyanın daxili işlər naziri Milan Xovanets Zalsburq Forumu çərçivəsində avstriyalı həmkarı Volfqanq Sobotka və Slovakiyanın daxili işlər naziri Robert Kalinyakla danışıqlar aparır. Nazirlər Avstriyanın “Balkan marşrutu“ deyilən marşrutun son məntəqəsi olmasını nəzərə almaqla, miqrasiya problemlərini müzakirə edirlər. Forumda müxtəlif ölkələrin polis təşkilatlarının əməkdaşlığı, terrorizm təhlükəsi, qeyri-leqal miqrasiya, habelə qaçqın statusunun verilməsi prosedurunun nizamlanması kimi məsələlər nəzərdən keçirilir.
Çexiyanın daxili işlər naziri tərəflərə miqrantların geri qaytarılması prosesini tənzimləyən Avropa İttifaqı-Türkiyə müqaviləsinin mümkün iflasına hazır olmağın vacibliyi barədə xəbərdarlıq edib. Nazir hesab edir ki, “Balkan yolu”nun bağlı qalmasına nail olmaq bütün Avropa İttifaqı üçün mühüm aspektdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]