İDMAN


“Milan” futbol klubunun vitse-prezidenti 30 illik karyerasını başa vurur

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC 

“Milan” futbol klubunda 30 il fəaliyyət göstərən vitse-prezident Adriano Qalliani karyerasını başa vurur.

AZƏRTAC “La Gazzetta dello Sport” qəzetinə istinadla xəbər verir ki, A.Qalliani sevimli komandasını tərk etməyə hazırlaşır.

Cari ilin noyabrında klubun çinli biznesmenlərə satışı rəsmiləşəcəyindən, həmin vaxt Qalliani də həyatının 30 ilini həsr etdiyi “qırmızı-qaralar”la vidalaşacaq. O, eyni zamanda klubun baş direktoru vəzifəsindən də istefa verəcək.

“Rossonyerlər”in yeni vitse-prezidenti əzəli rəqib olan “İnter”in 52 yaşlı sabiq meneceri Marko Fassone olacaq. Yetmiş iki yaşlı Qalliani isə bundan sonra başqa bir klubda çalışmaq fikrində deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.