İDMAN


“Milan” klubu Jeremi Menez ilə yollarını ayırıb

Bakı, 3 avqust, AZƏRTAC

Jeremi Menez “Milan” klubunu tərk edib. Fransız forvard karyerasını yenidən vətənində davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı forvard “Bordo” futbol klubu ilə anlaşıb. Tibbi müayinədən uğurla keçən Menez yeni klubu ilə üçillik müqavilə imzalayıb.

Qeyd edək ki, “Milan”ı tərk edən futbolçu “Bordo”dan əvvəl “Genqam” və Birləşmiş Ərəb Əmirliklərinin klublarının təklifini geri çevirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.