Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Millətin gələcəyi, qüdrətli dövlətin əsas dayağı – insan kapitalı
Bu amil əsas tutularaq muxtar respublikada ali təhsil ocaqlarının infrastrukturu daha mükəmməl şəkildə qurulur, təhsilin səviyyəsi daim yüksəldilir

Naxçıvan, 30 sentyabr, Rauf Əliyev, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin layiqli davamçıları digər sahələrlə yanaşı, təhsil strategiyasını da uğurla həyata keçirirlər. Uzaqgörənliklə görülən genişmiqyaslı işlər muxtar respublikamızın kadr potensialının daha da yüksək səviyyədə formalaşmasına hesablanıb. İnsan kapitalına göstərilən bu diqqətin əsaslı səbəbləri vardır. Belə ki, qüdrətli dövlətlərin tarixini araşdırdıqda bir daha aydın olur ki, həmin dövlətlərin bu səviyyəyə yüksəlməsində geniş dünyagörüşə malik xarizmatik liderlərlə, şəxsiyyətlərlə yanaşı, onların ətrafında sıx birləşən və öz işini mükəmməl bilən etibarlı, sədaqətli, vətənpərvər kadrlar da əsaslı rol oynayıblar.

Dövlət idarəçilik sisteminin şaxələndiyi, müəyyən mənada mürəkkəbləşdiyi, bununla bərabər, cəmiyyətin tələblərinin kifayət qədər artdığı müasir dövrdə hazırlıqlı kadr amili daha çox əhəmiyyət kəsb edir. Ona görə də inkişaf, yüksəliş yolunu tutan hər bir dövlət daxili imkanlarını səfərbər edərək öncə insan kapitalına ciddi diqqət yetirir. Həm də ona görə ki, insan kapitalı olmadan təbii sərvətlər, geostrateji mövqe və bu kimi digər önəmli məsələlər xalqlara, millətlərə, dövlətlərə fayda vermir, əksinə, həmin ölkələr sərvətlərə sahib çıxmaq və digər imkanlardan istifadə etmək üçün bölgəni nəzarətdə saxlamağa can atan dövlətlərin, iqtisadi maraq qruplarının və gizli qlobal güclərin təsirinə düşür, sözün həqiqi mənasında, koloniyaya çevrilir və yalnız sözdə müstəqil olurlar. Bunu yaxşı bilən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Təhsilin inkişafı, kadr hazırlığı prosesi davamlılıq və xüsusi diqqət tələb edir. Bu gün ölkəmizdə bu sahəyə xüsusi qayğı göstərilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində təhsil, onun tərkib hissəsi olan kadr hazırlığı Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib.

Bu gün respublikamızın bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Son 20 ildə sürətli inkişaf yolu keçən muxtar respublikamızda təhsil sahəsinə də böyük qayğı göstərilib. Təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmayan, ucqar dağ və sərhəd kəndlərini də əhatə edən, perspektivə hesablanmış yeni məktəb binalarının tikintisi, həmçinin muxtar respublikadakı ali təhsil müəssisələri üçün yeni, ən müasir binaların inşa olunması təhsilin inkişafında, kadr potensialının formalaşmasında yeni üfüqlər açır.

Bu il sentyabrın 15-də – Bilik günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir.

Qeyd edək ki, indiyədək 3245 məzunu olan “Naxçıvan” Universiteti 1999-cu ildən fəaliyyət göstərir. Ali təhsil ocağında hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə vardır. 2015-2016-cı tədris ilində minə yaxın tələbə müasir tələblərə cavab verən bu universitetdə təhsil alacaq. Bilik günündə istifadəyə verilən universitetin yeni şəhərciyində 6 mərtəbəli birinci tədris korpusu diqqəti cəlb edir. Bu binada universitetin İdarəetmə, İqtisadiyyat və Pedaqogika fakültələri fəaliyyət göstərəcək. Tədris korpusunda 34 auditoriya, hər birində 66 kompyuter olan 2 imtahan mərkəzi, proyektor və elektron lövhə quraşdırılan 11 mühazirə zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi, coğrafiya, Azərbaycan tarixi, turizm-informasiya kabinələri, informatika, informasiya sistemləri, texnologiya, server, nəşriyyat və digər otaqlar var. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. İmtahan mərkəzlərinin müasir texnoloji sistemi eyni vaxtda bir neçə ixtisas üzrə imtahanların çevik və şəffaf formada aparılmasına, imtahanların gedişini internet üzərindən izləməyə, eləcə də onların video arxivini yaratmağa imkan verəcək.

Bir maraqlı fakt da budur ki, universitetin Kompyuter Səviyyə Ölçmə Mərkəzində tələbələr üçün kompyuter kursları təşkil olunacaq və kursu uğurla bitirən tələbələrə dünyanın 150 ölkəsində tanınan sertifikatlar veriləcək. “Huawei” informasiya-kommunikasiya texnologiyaları kabinəsində tələbələrə şirkətin istehsal etdiyi məhsulların istifadə qaydaları və ən son texnoloji yeniliklər öyrədiləcək. Həyata keçirilən bu layihə çərçivəsində tələbələrin “Huawei” şirkətində bir ay müddətində təcrübə keçmələri də nəzərdə tutulub. Bu da informasiya texnologiyaları üzrə mükəmməl mütəxəssislərin hazırlanmasına imkan verəcək.

Muxtar respublikada gənclərin xarici dil biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin xarici dillər korpusunda müxtəlif dünya dillərinin, xüsusilə ingilis, alman və ərəb dillərinin nəzəri və praktik formada öyrədilməsi üçün müasir şərait yaradılıb.

Dörd mərtəbədən ibarət olan universitet kitabxanasında 15 minə yaxın elmi və bədii ədəbiyyat var. Binada kitabxanaçılıq işi müasir tələblər əsasında qurulub, elektron dərslik və ədəbiyyatlar verilib.

Konfrans və idman zalları üçün nəzərdə tutulan ikimərtəbəli bina müasir quruluşa malikdir. 240 yerlik konfrans zalında müasir audio-video və sinxron tərcümə sistemləri quraşdırılıb, proyektorlu elektron lövhə qoyulub. Bu da distant dərslərin təşkilinə imkan verəcək. Geniş idman zalında isə voleybol, basketbol, badminton, futbol və digər idman növləri üzrə yarışların keçirilməsi mümkündür.

Yeni istifadəyə verilən 302 yerlik yataqxana binası da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Burada otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunub. İki girişi olan 6 mərtəbəli binada tələbələr üçün müasir yaşayış şəraiti yaradılıb, otaqların hər biri internetlə təmin olunub, məişət otağı, camaşırxana, mətbəx və istirahət otaqları istifadəyə verilib. Yataqxanadakı otaqların beşulduzlu otellərin otaqlarından heç bir fərqi olmadığını xüsusilə vurğulamaq istərdim. Tələbənin belə bir şəraitdə qalması ali təhsilimizə göstərilən qayğının, diqqətin növbəti təzahürüdür. Dünyanın bir sıra universitetlərinin şəraiti ilə tanış olduğum üçün tam səmimiyyətimlə qeyd etmək istərdim ki, “Naxçıvan” Universitetində tələbələr üçün yaradılan şərait dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəki şəraitdən heç də geri qalmır. Deyərdim ki, bir sıra sahələrdə hətta dəfələrlə irəlidədir.

Qeyd etdiklərimizi “Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Liu Jiavel də təsdiq etdi. Onunla söhbətimizdə qeyd etdi ki, “Naxçıvan” Universitetinin yeni şəhərciyində tələbələrin ən yüksək səviyyədə təhsil almaları və peşəkar, hazırlıqlı kadr kimi yetişmələri üçün mükəmməl bir şərait yaradılıb. O, “Naxçıvan” Universitetində “Huawei” İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının yaradılmasının həyata keçirilən kompleks işlərin tərkib hissəsi kimi önəmini qeyd etdi və “Naxçıvan” Universitetinin çox qısa zamanda regional təhsil mərkəzinə çevriləcəyinə əminliyini bildirdi.

Məlumat üçün deyək ki, bu tədris ilində 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaq “Naxçıvan” Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülür. Dünyanın məşhur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 ali təhsil ocağı, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da, universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatıb.

Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görən, Avropa standartlarına uyğun, dünya miqyasında tanınan müasir təhsil ocağı Naxçıvan Dövlət Universitetinin də tədris imkanları hər il daha da yaxşılaşdırılır. Universitet son 20 ildə böyük inkişaf yolu keçərək müasirtipli və çoxprofilli ali təhsil mərkəzinə çevrilib. Hazırda Naxçıvan Dövlət Universitetində 54 ixtisas üzrə 5 mindən çox tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində 360-dan çox xarici tələbə təhsil alır. Təsadüfi deyil ki, bu ilin əvvəlində Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı tərəfindən “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsində aparılan tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutub, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer alıb.

Son 20 ildə Naxçıvan Dövlət Universitetinin şəhərciyində aparılan yenidənqurma işləri, tikilən müasir binalar və yaradılan elektron tədris sistemi təhsilin səviyyəsini xeyli yüksəldib. Naxçıvan Dövlət Universiteti güclü maddi-texniki bazası, müasir tədris korpusları, tibb fakültəsi, xəstəxanası, idman kompleksi, konservatoriyası, elektron kitabxanası olan ali təhsil ocağıdır.

Xatırladaq ki, bu işlərin davamı olaraq, universitet xəstəxanası və baytarlıq təbabəti ixtisası üçün yeni, müasir binalar inşa olunub. Bu il mayın 21-də həmin binalar universitet tələbələrinin ixtiyarına verilib. Həmin tikililərin istifadəyə verilməsi də göstərilən qayğının davamıdır.

Təhsilin inkişafı əhalinin rifahının yaxşılaşması, həmçinin insanların həyatının daha yüksək səviyyədə qurulmasına zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Ümumilikdə isə yüksək təhsil xalqımızın tərəqqisi üçün vacib amil kimi həmişə diqqət mərkəzində olub. Bu məsələdə müəllimlərimizin rolu danılmazdır. Digər tərəfdən, əgər müəllimlərimiz müasir dövrün tələblərinə cavab verəcək səviyyədə deyilsə, onda təhsilin səviyyəsinin yüksəlməsindən danışmaq əbəsdir. Muxtar respublikamızda bu məsələ də diqqət mərkəzində saxlanılır, yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanır. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 13 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının yaradılması, 2003-cü il avqustun 26-da filialın Naxçıvan Müəllimlər İnstitutuna çevrilməsi və müstəqil fəaliyyətə başlaması bu mənada çox əhəmiyyətlidir. Muxtar respublikamızda təhsilə göstərilən diqqət Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətinə geniş imkanlar açıb. Ötən dövrdə institutun binası yenidən qurularaq lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib. Ali təhsil müəssisəsində bu imkanlardan yararlanaraq ixtisaslı kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər əldə edilib. 15 il bundan öncə 21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 1100 tələbə və 25 magistr təhsil alır. 2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyət istiqamətləri genişləndirilib, yeni ixtisaslar açılıb.

Bir məsələ xüsusilə qeyd olunmalıdır ki, kadr hazırlığı yalnız ali və orta ixtisas təhsili müəssisələrinin üzərinə düşən vəzifə deyil. Bu işdə dövlət təşkilatları da fəallıq göstərməli, ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə oxuyan gənclərlə əlaqələr genişləndirilməli, gələcəyin kadrları bu gündən hazırlanmalıdır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın müvafiq təşkilatlarına hamiliyə verilib. Bu, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəkdir.

Ölkəmizdə insan kapitalının formalaşmasında təhsilin digər pillələri kimi, ali təhsilin də rolu əvəzsizdir. Əgər orta məktəb insanı həyata hazırlayırsa, ali məktəb onu yüksəkixtisaslı kadr kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə ciddi diqqət yetirilir. Ali Məclisin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir cəmiyyətdə təhsil mühüm rola malikdir. Vaxtilə təhsilin cəmiyyətdəki rolundan danışan görkəmli yazıçı və ictimai-siyasi xadim Nəriman Nərimanov qeyd edirdi ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Yalnız elmin və təhsilin gücünə tərəqqi etmək mümkündür. Bu gün bu fikirlərdəki həqiqətlər bir daha özünü göstərir. Müasir dünyada o dövlət güclü hesab olunur ki, onun güclü təhsil potensialı olsun. Amerika Birləşmiş Ştatlarının politoloqları deyirdilər ki, “Amerika universitetləri güclüdür, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun universitetləri güclüdür”.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək