MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsi “Bir pəncərə” sisteminin tətbiqinə başlayıb

Bakı, 8 iyun, AZƏRTAC

Milli Arxiv İdarəsinin göstərdiyi dövlət xidmətləri üzrə müraciətlərin qəbulunda “Bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb.

Qurumdan AZƏRTAC-a bildirilib ki, Milli Arxiv İdarəsi qanunvericiliyin tələblərini, həmçinin ölkə rəhbərliyinin tapşırıq və göstərişlərini rəhbər tutaraq, vətəndaş məmnunluğunun, şəffaflığın, innovativ vasitələrin idarəetmə sistemlərində tətbiqini nəzərə almaqla yanaşı, idarə və onun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinə müraciətləri sözügedən sistem vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 3-də yerləşən əsas inzibati binasında həyata keçirir.

Sistemin adından da göründüyü kimi, vətəndaşların Milli Arxiv İdarəsinin göstərdiyi bütün dövlət xidmətləri üzrə müraciətləri “Bir pəncərə” sistemi vasitəsilə qəbul edilir və cavablar da həmin sistem vasitəsilə vətəndaşa çatdırılır. Burada əsas prinsip arxivlərin təhlükəsizliyini və vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq və müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.

Qeyd edək ki, idarədə vətəndaşların qəbulu və hazır sənədlərin verilməsi hər həftənin 1,3 və 5-ci günləri saat 10:00-17:00-dək aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.