MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsi tərəfindən seminar-məşğələlərə start verilib

Bakı, 22 may, AZƏRTAC

Milli Arxiv İdarəsi tərəfindən idarənin Bakı filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, Milli Arxiv İdarəsi cari ildə respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.

Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.

Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Həbib Həsənov və Camaləddin Cavadov tərəfindən aparılıb.

Seminarın sonunda rayon arxivlərinin əməkdaşlarını maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılaraq onlara iş prosesində istifadə edilən metodiki vəsaitlər təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.