MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan sənədlər üçün məlumat bazası hazırlanır

Bakı, 12 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daimi saxlanılmaq məqsədilə Dövlət Kino–Foto Sənədləri Arxivinə 470 saxlama vahidi fotosənəd, 17 saxlama vahidi kinosənəd (video) təhvil verilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, foto və kinosənədlər nazirliyin və onun tabeçiliyində olan xidmət və departamentlərin fəaliyyətini əks etdirir. Belə ki, tarix üçün əhəmiyyətli sözügedən sənədlər – Milli Geoloji Kəşfiyyat Xidmətinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Meşələrin İnkişafı Departamentinin, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin, Milli Hidrometeorologiya Departamentinin, Su Hövzələrində Bioloji Resursların Artması və Mühafizə Olunması Departamentinin, Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin, “Azəryaşlandşaft” ASC- nin fəaliyyətini əks etdirən materiallardan ibarətdir.

Hazırda arxivdə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir və hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.