ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasında məzun günü VİDEO

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Milli Aviasiya Akademiyasında iqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə 1333a və 1333r qrupunun buraxılışına həsr olunmuş məzun günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Akademiyasının rəhbərliyi və məzunlar ulu öndər Heydər Əliyevin ali məktəbin həyətində ucaldılmış büstü önünə əklil qoyublar.

Akademiyanın ictimaiyyətlə əlaqə üzrə prorektoru Şəmsəddin Axundov məzunlar qarşısında çıxış edib. Məzunlara təhsil aldıqları ali məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə edən prorektor Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin adından onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra 1333a və 1333r qrup tələbələrinin dörd il ərzində tədris, elmi, sosial və ictimai fəaliyyətini, onların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən hüquqşünaslıq kafedrasının müdiri professor İbrahim Quliyev hüquqşünas peşəsinin gərəkli, çətin və şərəfli peşə olduğunu vurğulayıb.

Digər çıxış edənlər hüquqşünasların cəmiyyətin idarə olunmasında rolundan danışaraq, öz yetirmələrini hüquqi və demokratik dövlətimizin daha da möhkəmlənməsində aktiv iştirak etməyə, cəmiyyət həyatını nizamlayan bacarıqlı mütəxəssis, ədalət carçısı olmağa çağırıblar.

Çıxış edən məzunlar - Ziya Bəşirli, Səbuhi Mürsəlli və digərləri tələbələr adından Akademiyanın rektoru akademik Arif Paşayevə və müəllimlərinə minnətdarlıqlarını bildiriblər.

Akademiyanın müəllimləri, məzunların valideynləri məzunlara təbriklərini çatdırıb, onların Azərbaycan dövlətinə sədaqətlə və vicdanla xidmət etmələrini, həyat imtahanından hər zaman uğurla çıxmalarını arzulayıblar.

Məzun günündə 1333a və 1333r qrup tələbələrinin andiçmə mərasimi keçirilib və onlara diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.