İQTİSADİYYAT


Milli Aviasiya Akademiyasının tələbələri yeni Bakı Limanına səfər ediblər

A+ A

Bakı, 28 oktyabr, Elvin Camalov, AZƏRTAC

Milli Aviasiya Akademiyasının nəqliyyat texnologiyaları fakültəsinin nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının 3-cü, 4-cü kurs və magistratura tələbələri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı və Əsas yük terminalına səfər ediblər.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, liman əməkdaşları tələbələri yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlarla tanış ediblər və suallarını cavablandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.