ELM VƏ TEXNOLOGİYA


Milli Azərbaycan Tarixi Muzeyində etnoqrafik materiallar bərpa olunub

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi milli sərvətlərimizin qorunmasında və bərpasında mühüm missiyanı həyata keçirir.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu yaxınlarda bərpaçılar tərəfindən etnoqrafik materiallar - milli geyimlər bərpa olunub əvvəlki görkəminə qaytarılıb. Bərpa olunan eksponatlar etnoqrafiya fondunda qorunan və ekspozisiyada nümayiş edilən milli geyim nümunələrindən olan arxalıq və tumanlardır. XIX əsrə məxsus Qarabağ, Bakı, Naxçıvan bölgələrində istifadə olunan milli geyimlərimiz zamanın təsirindən pis vəziyyətə düşüb və öz keyfiyyətini itirib. Parçanın üzəri süzülüb, yırtılıb və sapları çürüyüb sökülüb. Muzeyin bərpaçıları ciddi zərər görən eksponatları canlandırıb, onları əvvəlki görkəminə qaytarıblar. Arxalıq və tumanlar gözəmə üsulu ilə bərpa və konservasiya olunub. Azərbaycanın milli mədəni irsinin qorunmasında və təbliğində milli geyimlərimizin bərpa və konservasiyası mühüm əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.