ELM VƏ TEXNOLOGİYA


Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizmlə bağlı növbəti seminar

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Azərbaycan multikulturalizminin dini-publisistik qaynaqları (XIX-XX əsrin əvvəlləri)” mövzusunda növbəti seminar keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müəllim və şagirdlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu müəssisənin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə məruzə ilə çıxış edən elmi işçi Əli Fərhadov XIX-XX əsrin əvvəllərində Azərbaycanda yaşamış Əl-Bakuvi kimi mütərəqqi ruhanilərin və şərqşünasların publisistik yaradıcılığı və muzeydə mühafizə olunan “Əkinçi”, “Həyat” və digər mətbu orqanlarında dərc olunan yazılar əsasında multikulturalizm mövzusunu şərh edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.