ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində yeni layihə reallaşdırılıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tariximiz dünən, bu gün: bölgələrimizi tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbərləri Aygül Qurbanova və Nizami rayonu 272 nömrəli orta məktəbin tarix müəllimi Səyalə Şirvanovadır.

Tədbirdə Azərbaycan xanlıqları, həmçinin Şəki xanı Çələbi xan, Gəncə xanı Cavad xan və başqaları haqqında ətraflı məlumat verilib, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.