SİYASƏT


Milli Dirçəliş Günü çağdaş milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli tarixdir

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Milli Dirçəliş Günü çağdaş milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli tarixdir.

Bu fikir noyabrın 16-da Pirallahı rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli yığıncaqda səsləndirilib.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirib ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda, şərəfli bir dövr olduğunu görmüş olarıq.

Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan danışan H.Şikarov ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionun güclü dövlətinə çevrildiyini bildirib. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.