MƏDƏNİYYƏT
Milli Dram Teatrı yeni tamaşa ilə teatrsevərlərin görüşünə gəlib
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.
Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış ediblər.
Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Yazıçı beş şəkildən ibarət əsəri “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]