MƏDƏNİYYƏT


Milli Dram Teatrı yeni tamaşa ilə teatrsevərlərin görüşünə hazırlaşır

Bakı, 18 may, AZƏRTAC

Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-a sənət ocağının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib: “Səhnə əsərinin quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır. Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər. Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Yazıçı beş şəkildən ibarət əsəri “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.