İDMAN


Milli Gimnastika Arenasında məşqlər üçün çox gözəl şərait yaradılıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Finlandiyalı gimnast Yuki Tikkanen deyib ki, Bakıda bədii gimnastika üzrə məşqlər, o cümlədən əcnəbi gimnastların məşqləri üçün çox gözəl şərait yaradılıb.

Onun sözlərinə görə, Bakıya artıq dördüncü dəfədir gəlir və şəhəri yaxşı tanıyır.

Y.Tikkanen deyib: “Bakıya ilk gəlişimiz onunla bağlı idi ki, məşqçim Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyevanı yaxşı tanıyırdı. Onlar yaxın dostdurlar. Milli Gimnastika Arenasında işləmək çox rahatdır. Burada çox gözəl şərait yaradılıb. Hər şey çox dəqiq işləyir: fizioterapiya, tibbi xidmət, xoreoqrafiya. Başqa gimnastlarla eyni vaxtda məşq etmək üçün çoxlu yerlər var”.

Bu dəfə Bakıya məşqçisiz gəldiyini diqqətə çatdıran finlandiyalı gimnast deyib: “Məşqlərimə Azərbaycan məşqçisi Vəfa Bakarova rəhbərlik edir. Onunla işləmək çox xoşuma gəlir. İndi əsas məqsədim Tokio Olimpiadasına hazırlaşmaqdır. Mən 2014-cü ildə qazandığım uğuru təkrar etmək istəyirəm. Həmin il Avropa çempionatının final mərhələsinə yüksəlmişdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.