CƏMİYYƏT


Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri  və Ozon Mərkəzinin bazasında 80-dək avtomat stansiya qurulub

Bakı, 19 iyul, AZƏRTAC

Son iki ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin bazasında 80-nə qədər avtomat stansiya qurulub. Böyük Qafqazda son 10 ildə yaradılan elmi-tədqiqat mərkəzi və Şahdağ və Tufandağda qurulan iki avtomat stansiya vasitəsilə həmin ərazilərdən birbaşa görüntülər əldə etmək mümkündür.

Bu barədə mərkəzin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

G.Süleymanov bildirib ki, yaxın gələcəkdə bütün stansiyaların avtomatlaşdırılması gözlənilir. Direktor, həmçinin Azərbaycanın bu sahədə Qafqaz ölkələri içərisində birinci olduğunu da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.