İQTİSADİYYAT
Milli Holcim mükafatı müsabiqəsinin qalibləri elan olundu
Bakı, 28 noyabr, AZƏRTAC
“Tikinti sahəsində davamlı inkişaf” şüarı ilə keçirilən Milli Holcim mükafatı müsabiqəsinin qalibləri elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə innovativ və avanqard ideyaların yarışması olmaqla yanaşı, inşaatın 5 əsas prinsipləri-tərəqqi, əhali, planet, inkişaf və peşəkarlıq üzərində qurulub. Qaliblər 3 kateqoriya üzrə - qızıl, gümüş və bürünc mükafatlara layiq görülüb.
Milli Holcim mükafatına təqdim edilmiş layihələrə geniş tərkibli münsiflər heyəti və mütəxəssislər baxıb.
Qızıl mükafat “Çoxmərtəbəli bostan” layihəsinə, gümüş mükafat “Quba Rayonu Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizatı üçün alternativ enerji mənbələrindən istifadə etməklə hibrid sistemin yaradılması” layihəsinə verilib. Bürünc medala isə “Salyan rayonunda “PV” sisteminin yüklənilməsi” layihəsi sahib olub.
“Portland sementin sulfata davamlılığının artırılması yolları” layihəsi müsabiqənin laureatı elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]